"CBC Sport" möhtəşəm qələbəmizdən film çəkdi: "26-cı dəqiqə"

16:35 21 Dekabr 2016

"CBC Sport" telekanalı çox maraqlı bir layihəyə imza atıb.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın İsveçrə üzərindəki tarixi qələbəsi barədə film çəkilib. Filmdə həmin tarixi qələbənin memarlari baş rollardadılar.
 

"26-cı dəqiqə" adlanan filmin təqdimat mərasimi dekabırın 23-də, saat 16:30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqdimat mərasiminə futbol veteranları, jurnalistlər və azarkeşlər dəvət olunublar.
 

Xatırladaq ki, millimiz 1996-cı ilin avqustunda İsveçrəni Bakıda 1:0 hesabıyla məğlub etmişdi. Yeganə qolumuza 26-cı dəqiqədə Vidadi Rzayev imza atıb. Bu il həmin qələbənin 20 illik yubileyidir.


Xəbər xətti