Mourinyo üçün uzunmüddətli təklif

22:44 21 Dekabr 2016

Son 1 ayda özünə gələn “Mançester Yunayted”də rəhbərlik baş məşqçi Joze Mourinyonun işindən razıdır və ona uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır. “Guardian”ın yazdığına görə, rəhbərlik baş məşqçi ilə yeni 9 illik müqavilə imzalamağı düşünür. Belə olacağı təqdirdə Mou 2025-ci ilə qədər Mançesterdə qalacaq və bu müddət ərzində ümumilikdə 135 milyon funt-sterlinq qazanacaq. Bu haqda yeku qərar mövsümün sonunda veriləcək.


Xəbər xətti