Tanınmış futbolçunun ölüm anı - İzləyin

23:31 21 Dekabr 2016

Türkiyənin “Amedspor” futbol klubunun kapitanı Şehmus Özər faciəli şəkildə həyatını itirib.

36 yaşındakı futbolçu Mardindəki toy şənliyinə gedərkən onun sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Təcrübəli idmançının cəsədi xilasedicilərin səyi nəticəsində çətinliklə deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

Hadisə yerində lentə alınan görüntülərdə nəqliyyat vasitəsinin ciddi şəkildə deformasiyaya uğradığı əksini tapır. Hadisənin səbəbləri araşdırılır.


Xəbər xətti