Rusiyalı futbolçu: "AFFA-dan gələn təklifi rədd etdim"

01:19 22 Dekabr 2016

Bolqarıstanın “Slaviya” klubunun futbolçusu Serder Serderoviç Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını açıqlayıb.

Rusiyalı futbolçu championat.com saytına müsahibəsində bildirib ki, AFFA-dan ona bir neçə dəfə təklif gəlib:

“Şeydayev və Mahmudov söhbətindən həm əvvəl, həm də  sonra mənə Azərbaycan Futbol Federasiyasından bir neçə dəfə zəng etdilər. Onlar Azərbaycan pasportu alıb bu ölkənin vətəndaşlığını qəbul etməyimi və Azərbaycan  milli komandasında çıxış etməyimi istəyirdi. Ancaq mən bu təklifi  qətiyyətlə rədd etdim. Çünki mən rusam, Moskvada yaşayıram və bu mənim üçün prinsipial məsələdir” – deyə Serderov bildirib.
 
Qeyd edək ki, 22 yaşlı hücumçu Rusiyanın Mahaçqala şəhərində doğulub. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti