"Mançester Yunayted" "Benfika"nın futbolçusunu transfer edir

11:33 22 Dekabr 2016

"Mançester Yunayted" "Benfika"nın müdafiəçisi Nelson Semedu ilə danışıqlar aparır.


Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu yanvar ayında "Mançester Yunayted"ə transfer edilə bilər. Məlumata görə, onun "Benfika" ilə olan müqavilə mövsüm sonunda başa çatacaq.


Xatırladaq ki, Semedunun transfer qiyməti 45 milyon avrodur. İngiltərə klubu Semedudan əlavə "Benfika"nın digər futbolçusu Viktor Lindeloyfu da heyətinə qatmaqda maraqlıdır.


Xəbər xətti