Bakı "İnter"inin yeni prezidenti müəyyənləşdi

12:12 22 Dekabr 2016

"İnter" klubun yeni prezidenti müəyyənləşib.


Sportarena.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev “İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.


1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.


Digər xəbərlər

Xəbər xətti