AZAL-da növbəti ayrılıq

14:52 22 Dekabr 2016

Qış fasiləsinə sonuncu pillədə yollanan AZAL daha bir futbolçusu ilə yolları ayırıb.
 

Sportarena.az xəbər verir ki, söhbət Adan Koronadodan gedir. 26 yaşlı yarımmmüdafiəçi ailə işləri ilə əlaqədar ABŞ-a qayıtmalı olduğunu bildirib. Buna görə də qarşılıqlı şəkildə müqavilənin xitam verilməsinə dair razılıq əldə olunub.

 
Qeyd edək ki, Koronado AZAL-a cari ilin yanvar ayında transfer olmuşdu.


Digər xəbərlər

Xəbər xətti