Kamran Ağayevlə Emin Mahmudovun "Boavişta"da növbəti sınağı

15:46 22 Dekabr 2016

Portuqaliya çempionatına 15-ci turun oyunları keçirilir.
 
Sportarena.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" hesabat turunu səfərdə keçirəcək.

Portu təmsilçisi 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşmış "Nasional"ın qonağı olacaq. Kamranın meydana start, Mahmudovun isə oyuna sonradan daxil olacağı gözlənilir.
 
Qeyd edək ki, sözügedən qarşılaşma 21:00-da start götürəcək və "CBC Sport" vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti