"Qarabağ"ın legionerinin arzusu reallaşdı

16:49 22 Dekabr 2016

CAR millisinin baş məşqçisi Efraim Maşaba istefaya göndərilib.
 

Sportarena.az xəbər verir ki, noyabrın əvvəlində qeyri-müəyyən müddətə işindən uzaqlaşdırılan baş məşqçinin istefası rəsmiləşib. Bunun səbəbi  DÇ-2018-in seçmə mərhələsində Seneqalla oyundan (2:1) sonra 56 yaşlı mütəxəsis tərəfindən CAR Futbol Federasiyasına səslənən tənqidlər idi.

 
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu məhz bu baş məşqçiyə görə CAR millisində oynamaqdan imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti