Murat Yakın ikinci divizion klubunda

18:10 22 Dekabr 2016

İsveçrəli məşqçi Murat Yakın ölkəsinin ikinci divizion təmsilçisi "Şaffxauzene"ni çalışdıracaq.

42 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi  müqavilə imzalanıb.
 
Dekabrın 27-i onun təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, "Şaffxauzene" 18 turdan sonra 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, M.Yakın son olaraq Rusiyanın "Spartak" klubunu çalışdırıb. O, ötən ilin mayında istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti