"Xəzər Lənkəran" geri dönür? - Klub rəsmisi açıqladı

23:52 22 Dekabr 2016

"Xəzər Lənkəran"ın yenidən bərpa olunacağı ilə bağlı etibarlı mənbədən saytımıza məlumat verilmişdi. Məlumata görə, Lənkəran təmsilçisi yeni mövsümdə komandanı bərpa etmək məqsədilə hazırlıqlara başlayıb. Artıq komandanın stadionunda yenidənqurma işlərinə start verilib. Həmçinin, ot örtüyünün də yenilənməsi nəzərdə tutulub.


Bu məlumatı dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın mətbuat katibi, hal-hazırda "Palmali" Şirkətlər Qrupunun Bakı ofisinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri olan Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, saytımıza verdiyi açıqlamasında bu barədə konkret qərar olmadığını bildirdi:
"Xəzər Lənkəran"ın əsas komandasının bərpası haqqında hələ ki, konkret qərar yoxdur. Bu barədə qərar olan kimi bunu böyük sevinclə ictimaiyyətə açıqlayacağıq. Hər halda bu məsələlərə yayda aydınlıq gələcək".


Stadiondakı yenidənqurma işləri ilə əlaqədar ünvanladığımız suala isə Hüseyn bəy belə cavab verdi:

"Klubumuzun böyük bazası var. Müəyyən zaman kəsiyində yenidənqurma işlərinə ehtiyac yaranır və bu, həyata keçirilir".


Digər xəbərlər

Xəbər xətti