Ramil Şeydayevin komandası darmadağınla qalib gəldi

00:12 23 Dekabr 2016

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun görüşləri keçirilir.
 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu bu gün doğma meydanda "Kızılcabölükspor"u qəbul edib.Matç Qara Dəniz təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.


Millimizin hücumçusu Ramil Şeydayevin adı sözügedən matçın iştirak ərizəsinə daxil edilməyib.

 
Qeyd edək ki, bu nəticədən sonra aktivində 4 xal olan "Trabzonspor" H qrupunda 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti