Emin Mahmudov oyunun ən yaxşısı seçildi - FOTO

01:08 23 Dekabr 2016

Milli komandamızın və "Boavişta"nın futbolçusu Emin Mahmudov Portuqaliya çempionatının 15-ci turunda "Nasional"a 2:0 hesabı ilə qalib gəldikləri oyunun ən yaxşısı seçilib.


Sportarena.az xəbər verir ki, millimizin üzvünün uğurlu çıxışı "Emin Mahmudovdan möhtəşəm start" başlığı ilə klubun sosial şəbəkə hesabında paylaşılıb.


"Boavişta"da ilk dəfə əsas heyətdə meydana çıxan Mahmudov 11-ci dəqiqədə hesabı açıb.  O, həmçinin, 3 dəfə təhlükəli ötürmə ilə yadda qalıb. Ötürmələrdə 78 % dəqiq oynayan gənc yarımmüdafiəçi 7 dəfə rəqibdən top alıb.


Digər xəbərlər

Xəbər xətti