15 yaşında A seriyasında debüt etdi

15:54 23 Dekabr 2016

"Cenoa"nın 15 yaşlı hücumçusu Pieto Pelleqri İtaliya A Seriyasında "Torino"ya qarşı keçirilən matçın 88-ci dəqiqəsində meydana çıxmaqla debüt edib.


Sportarena.az xəbər verir ki, 15 yaşlı futbolçu  debüt matçında rekorda şərik çıxıb. Belə ki, "Roma"nın futbolçusu Amadeo Amadei də eyni yaşda İtaliya çempionatında debüt etmişdi. Amadeinin debütü 1937-cildə 2 may tarixində reallaşıb.


Qeyd edək ki, "Torino" - "Cenoa" matçı ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti