Rauf Əliyev UGFF-nın prezidenti seçildi

17:20 23 Dekabr 2016

Bu gün Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) növbəti Hesabat-Seçki Konfransı keçirilib. 


Sportarena.az xəbər verir ki, AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev səsvermə yolu ilə yekdilliklə federasiyanın prezidenti vəzifəsinə seçilib.


Konfransda gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak edib.


Qeyd edək ki, UGFF-nın keçmiş prezidenti mərhum Mirkamil Rəhimov olub. 


Digər xəbərlər

Xəbər xətti