Kamran Ağayev "Neftçi" ilə danışıqlara başladı

17:47 23 Dekabr 2016

Portuqaliyanın Premyer Liqa təmsilçisi “Boavişta”da forma geyinən millimizin qapıçısı Kamran Ağayev qış fasiləsində klubundan ayrılaraq karyerasını ölkə daxilində davam etdirməyi planlaşdırır.


Bu barədə millimizin qolkiperi “azerisport.az”a müsahibəsində danışıb. O, atası üçün darıxdığını, həm də ailə həyatı qurmaq istədiyini deyib.


Sportarena.az xəbər verir ki, Kamranın ölkəyə qayıtmaq qərarına gəlməsində özünün vurğuladığı amillərlə yanaşı, “Neftçi”dən aldığı cəlbedici təklif də rol oynayıb. Belə ki, cari mövsümdə heç cür uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar” Ağayevə illik 370 min dollar ödəməyə hazırdı. Tərəflər arasındakı danışıqlarda ortaya hansısa maneə çıxmasa, Kamran yeni ildən etibarən "Neftçi"nin uğurları üçün çalışacaq.


Xatırladaq ki, Kamran Ağayev bu ilin sentyabrından “Boavişta”da çıxış edir. Ağayev Portu təmsilçisinin heyətində meydana çıxdığı 10 oyunda qapısında 11 top görüb. O, bu oyunlarda 3 dəfə sarı vərəqə alıb.(Komanda.az)


Xəbər xətti