"Çelsi"nin futbolçusu Çin klubunda

22:48 23 Dekabr 2016

"Çelsi"nin braziliyalı yarımmüdafiəçisi Oskar Çinin "Şanxay SİPG" klubu ilə müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, bu barədə "Çelsi" klubun saytı məlumat yayıb.


Məlumata görə, "zadəganlar" futbolçunu 60 milyon avroya "Şanxay SİPG"ə satıb. Oskar yanvar ayında Çin klubunun bazasına yollanacaq.


Xatırladaq ki, Oskar 2012-ci ildən "Çelsi"də çıxış edir. Lakin Antonio Konte baş məşqçi postuna gəldikdən sonra oynamaq şansı azalan futbolçu komandadan getməyə qərar verib.


Qeyd edək ki, o, cari mövsüm "Çelsi"nin heyətində bütün turnirlər daxil olmaqla 10 oyun keçirib.


Xəbər xətti