İtaliya Super Kubokunun qalibi müəyyənləşdi

23:33 23 Dekabr 2016

İtaliya Super Kubokunun qalibi müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən həlledici oyunda İtaliya A seriyasının və ölkə kubokunun qalibi "Yuventus"la kubokun finalçısı "Milan" klubu üz-üzə gəlib. 
 

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığı üçün, qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan milanlılar (4:3) Super Kubokun qalibi olub.


Qeyd edək ki, bu, "Milan" klubunun 5 ildən sonra aldığı ilk titulu olub.


Digər xəbərlər

Xəbər xətti