Məşhur klubun futbolçusu xərçəng xəstəliyinə tutuldu

01:23 24 Dekabr 2016

İspaniyanın "Atletik" klubunun futbolçusu Yerey Alvarez xərçəng xəstəliyinə tutulub.


Bu barədə klub prezidenti Xose Urrutia mətbuat konfransında bildirib.


İlkin diaqnoza görə, onun testis xərçəngi olduğu, lakin ölümcül olmadığı açıqlanıb.
21 yaşlı futbolçu bir neçə günə əməliyyat olunacaq.


Qeyd edək ki, La Liqa klubunda 17 oyuna çıxan Alvarez 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti