Dəhşətli qəzadan sağ qurtulan futbolçu: "Onlarla bağlı ancaq xoş anları xatırlayıram"

15:44 24 Dekabr 2016

“Şapekoense”nin təyyarə qəzasından sağ qurtulan futbolçusu Neto qəzadan sonra mətbuata ilk açıqlmasını edib.
 

Sportarena.az xəbər verir ki, xəstəxanadan çıxan 31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında yenidən futbola qayıtmaq və “Şapekoense”də oynamaq istədiyini deyib:
 
"Mənimlə birlikdə mübarizə aparan hamıya təşəkkür edirəm. Artıq həyatda olmayan dostlarımla danışa bilmədiyimə inana bilmirəm. Çoxlu dostumu itirdim. Onlarla bağlı ancaq xoş xatirələri xatırlayıram. İnanıram ki, tezliklə oynaya biləcək səviyyəyə çatacam. Yenidən futbola qayıdıb, “Şapekoense”də çıxış etmək istəyirəm. Bizi dəstəkləyən hamıya təşəkkür edirəm. Ərini, oğlunu, ailəsini itirmiş bu insanlara çox yaxşı dəstək oldunuz".
 

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.


Xəbər xətti