"Mançester Siti"dən "Sauthempton"un müdafiəçisinə 50 milyonluq təklif

16:12 24 Dekabr 2016

"Mançester Siti" klubu "Sauthempton"un müdafiəçisi Virgil van Diyki transfer etmək niyyətindədir. 


Sportarena.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı müdafiəçiyə 50 milyon funt təklif etməyə hazırdır. Lakin "Sauthempton" klubu futbolçun 60 milyon avroya satmaq niyyətindədir. 


Xatırladaq ki, "Sauthempton" futbolçu ilə may ayında 6 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən futbolçu həftədə 70 min futn məvacib alır. Bu, "Sauthmpton"un heyətində ən böyük maaşdır.


Digər xəbərlər

Xəbər xətti