Toni Kroos "Yuventus"a gedir?

18:14 24 Dekabr 2016

Madrid “Real”ının və Almaniya yığmasının futbolçusu Toni Kroos karyerasını İtaliyada davam etdirə bilər.


26 yaşlı yarımmüdafiəçi ilə “Juventus” yaxından maraqlanır.


Turin klubu Kroosu nəyin bahasına olursa-olsun, heyətinə qatmaq arzusundadı. Onlar bu keçidin baş tutması üçün 90 milyon avro xərcləməyə hazırdılar.


Qeyd edək ki, 2014-cü ildən “Real”ın formasını geyinən Kroos “qalaktikos”un heyətində ümumilikdə 119 oyunda 4 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti