"Başakşehir"dən xal itkisi, "Beşiktaş" qalib gəldi

21:57 24 Dekabr 2016

Bu gün Türkiyə Superliqasında 16-cı tura start verilib.


Sportarena.az xəbər verir ki, turun ilk oyun günü iki görüş keçirilib. 


Superliqanın lideri "Başakşehir" səfərdə "Adanaspor"un qonağı olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.


Günün ikinci oyununda isə son çempion "Beşiktaş" doğma meydanda "Qaziantepspor"u qəbul edib. Görüş "qartallar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, 16 turdan sonra aktivində 36 xalı olan "Başakşehir" turnir cədvəlində liderdir. Xallarını 35-ə çatdıran "Beşiktaş" isə 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti