"Qəbələ" idmançılarından 3 qızıl medal

23:11 24 Dekabr 2016

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. 


Sportarena.az xəbər verir ki, iki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. 


Çempionatda uğurla çıxış edən idmançılar 10 medal qazanıblar. 


Yarışın ilk günündə Aişə Qurbanlı 48 kq çəki dərəcəsində ölkə çempionu adına yiyələnib. Onunla eyni kateqoriyada çıxış edən Şəfəq Həmidova 3-cü yerin sahibi kimi fəxri kürsüyə qalxıb. 


Qadınların yarışında “Qəbələ” idmançıları daha üç medal əldə edib. Yalnız finalda uduzan Nərminə Əlizadə (+78 kq) gümüş, Leyla Şahin (57 kq) və Fəridə Qurbanova (63 kq) bürünc medala sahib çıxıblar. 


Kişilərin mübarizəsində ilk gün Mehman Sadıxovun finala yüksəlməsi ilə əlamətdar olub. 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə uduzaraq 2-ci yeri tutub. 


Bu gün daha 4 “Qəbələ” idmançısı fəxri kürsüyə qalxıb. Onlardan ikisi Azərbaycan çempionu tituluna yiyələnib. Uşanqi Kokauri (+100 kq) və Cəlil Şükürov (100 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara sahib çıxıblar. Sonuncu ilə eyni çəki dərəcəsində çıxış edən Ruslan Aslanov 3-cü olub. Rüfət İsmayılov (81 kq) isə çempionatı gümüş medalla başa vurub. 


Beləliklə, “Qəbəlıə” cüdoçuları iki gün davam edən Azərbaycan çempionatında 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.


Xəbər xətti