"Qəbələ" "Neftçi"ni Avropa Liqasından uzaqlaşdıran klubla qarşılaşacaq

12:21 25 Dekabr 2016

Qış fasiləsində Türkiyədə hazırlaşacaq "Qəbələ"nin yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 24-də keçiriləcək.


Xatırladaq ki, "Şkendiya" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub və 2 oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti