Zidan Ronaldoya istirahət verdi

14:14 25 Dekabr 2016

"Real"ın ulduz futbolçusu Krişiano Ronaldo yanvarın 4-də İspaniya kubokunun 1/8 final mərhələsində "Sevilya"ya qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.


Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan portuqaliyalı futbolçuya istirahət verəcək. Belə ki, o, Milad bayramını doğma Madeyra şəhərində keçirəcək. Buna baxmayaraq, futbolçu dekabrın 27-də komanda ilə birlikdə məşqə çıxacaq. 


Onun yanvarın 7-də "Qranada" ilə matçda iştirak edəcəyi gözlənilir.


Xəbər xətti