"Qarabağ"ın Antalyada keçirəcəyi oyunların sayı və tarixləri bəlli oldu

16:16 25 Dekabr 2016

Qış fasiləsini Antalyada keçirəcək “Qarabağ”ın planlarına böyük ölçüdə aydınlıq gəlib. 


Sportarena.az xəbər verir ki, yanvarın 5-də qardaş ölkəyə yollanacaq ağdamlıların səfəri həmin ayın 23-də başa çatacaq.
 

Türkiyədə olduğu müddətdə 4 hazırlıq matçı keçirməyi planlaşdıran Qurban Qurbanovun yetirmələrinin oyunlarının tarixi bəlli olsa da, hələlik sınaqçı rəqiblərin kimliyi tam dəqiqləşməyib.
 

Belə ki, yanvarın 15, 18 və 22-də meydana çıxacaq Azərbaycan çempionu vətənə dönməzdən əvvəlki son gündə iki oyun keçirəcək.
 

Qeyd edək ki, bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov “Qarabağ”ın rəqiblərindən birinin Rumıniya təmsilçisi olacağını mətbuata açıqlamışdı.(Apasport.az)


Digər xəbərlər

Xəbər xətti