Emin Mahmudov: "Spartak"a hər adamı çağrımırlar"

16:48 25 Dekabr 2016

Azərbaycan millisi və "Boavista"nın yarımmüdafiəçisi Emin Mahmudov 2011-ci ildə "Saturan"dan "Spartak"a keçməsi barədə sualı cavablandırıb. 24 yaşlı futbolçu bunları deyib:

"18 yaşım vardı, hələ gənc idim. Ola bilər, əvvəl çətin idi. Həm də oynamaq istəyirdim. "Tom"a icarəyə getdim. Biraz səbrli olmaq lazımdı. Bu, karyeramda geriyə addım oldu. Amma özüm günahkaram. Bəlkə də, "Spartak"a tez getmişdim. Bacardığım kimi oynaya bilmədim".


Moskva klubuna keçdiyinə görə peşman olub-olmaması barədə suala isə Mahmudov : "Spartak"a hər adamı çağrımırlar. Orda oynamaq arzusunda olanlar var" - deyə cavab verib.


Qeyd edək ki, gənc yarımmüdafiəçi "Boavista"da qol hesabını açmağı bacarıb. O, "Nacional"ın qapısına qol vurub.


Digər xəbərlər

Xəbər xətti