"Neftçi"nin futbolçusu divizion klubunda

23:55 25 Dekabr 2016

"Neftçi" futbolçusu Eltun Yaqublunu icarəyə verib.


Sportarena.az xəbər verir ki, futbolçu I divizionda çıxış edən "Səbail"ə transfer olub. O, icarə əsasında mövsüm sonunadək "Səbail"in şərəfini qoruyacaq.


Məlumatı "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev də təsdiqləyib.    


Qeyd edək ki, "Neftçi"yə yayda "Qarabağ"dan keçən 25 yaşlı Yaqublu cari mövsümün ilk yarısında daha çox ehtiyatda qalıb.


Digər xəbərlər

Xəbər xətti