"Neftçi" 2 legionerlə müqavilə imzaladı, Abdullayevdən cavab gözləyir

00:58 26 Dekabr 2016

"Neftçi" iki legioneri ilə yeni müqavilə imzalayıb. 


Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Elxan Abdullayev sportnet.az-a açıqlamasında serbiyalı qapıçı Boban Byakoviç və brazilyalı hücumçu Jonas Pesalli ilə başa çatan anlaşmaların müddətini artırdıqlarını bildirib:


"Hər iki legionerlə 1 ilik müqavilə imzaladıq. Mövsümün gedişində onlarla birgə gələn müdafiəçi Mahir Şükürovun isə mövsümün sonunadək anlaşması var".  


Abdullayev müqaviləsi bitən gənc futbolçu, həmsoyadı Elşən Abdullayevin məsələsinə də toxunub. Uzun müddət zədə üzündən oynamayan, Almaniyada əməliyyat olunduqdan sonra bərpa prosesi keçən 22 yaşlı yarımmüdafaiəçinin hazırda kluba bağlı olmadığını söyləyib: "Adətən yerli futbolçuların müqavilələri yayda bitir. Ancaq Elşəndə bu tarix qışadır. Bilmirəm, necə olub. Yəqin ki, onunla ilyarımlıq müqavilə imzalandığından belə alınıb. Əlbəttə, Elşənlə yeni müqavilə bağlamaq istəyərdik. Ancaq o dedi ki, bir az fikirləşməyim lazımdır. Çünki bir-iki varinatı var. Elşən yaxşı futbolçudur. "Neftçi"nin yetirməsidir, uzun müddətdir burada oynayıb. Ancaq biz heç kimi məcbur edə bilmərik. Abdullayevin müqaviləsi bitib. O, özü seçim etmək hüququna malikdir. Biz onu məcbur edə bilmərik ki, "Neftçi"də və ya başqa komandada oyna. Bu, onun öz seçimidir".
 

Baş məşqçi Rəhman Hacıyev daxil olmaqla qalan bütün futbolçuların müqavilələrinin olduğunu, komandada qaldıqlarını söyləyib: "Rəhman tərəfdən getməklə bağlı müraciət olmayıb. Hacıyev qış təliş təlim-məşq toplanışına hazırlaşır və bizimlə Antalyaya gedəcək".


Xəbər xətti