"Qarabağ"dan 12 ildən sonra 11 qol

10:23 26 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub. 


Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.


Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınmışdı. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan “Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da “Qarabağ” rəqibini 11 dəfə məyus etmişdi. Ağdamlılar səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanmışdı.


Əyalət təmsilçisinin tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın “Naftalan”la görüşlərində “Qarabağ” 14 qol vurmuşdu – 12:0, 2:1.


Digər xəbərlər

Xəbər xətti