İlin ən yaxşı qapıçısı müəyyənləşdi

12:39 26 Dekabr 2016

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən “İlin ən yaxşı qapıçısı” üzrə sorğunun qalibi məlum olub.


Almaniyanın “Bayern Münxen” futbol komandasının qolkiperi Manuel Noyer 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.


İFFHS-in rəsmi internet saytında 56 ölkənin media nümayəndələri və idman mütəxəssislərinin iştirakı ilə keçirilən sorğuda M.Noyer 156 xal toplayıb. Bununla da o, İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon kimi ardıcıl dördüncü dəfə bu mükafatın sahibi olub. İtaliyalı əfsanə C.Buffon bu dəfə 91 xalla ikinci pillə ilə kifayətlənib. Portuqaliya milli komandasının və “Sportinq”in qolkiperi Rui Patrisio isə 50 xalla üçüncü yerdə qərarlaşıb.


Xəbər xətti