"Qarabağ"dan yeni transfer

12:55 26 Dekabr 2016

"Neftçi" ilə yollarını ayıran Elşən Abdullayevin yeni klubu bəlli olub. 


Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Qarabağ"da davam etdirəcək. Hələlik onunla neçə illik müqavilənin imzalanması məlum deyil.  O, son çempionun heyətinə sərbəst futbolçu kimi transfer olunub. 


Qeyd edək ki, Abdullayevin xdmətindən bir müddət öncə "Qəbələ"də maraqlı olub. Ancaq "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk Elşəni sərəncamında görməkdən imtina edib. (futbol11.az)


Xəbər xətti