Pepe də Çinə gedir?

15:11 26 Dekabr 2016

“Real”in futbolçusu Pepe karyerasını Çində davam etdirə bilər.


Sportarena.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Çinin bir neçə klubundan təklif alıb. Madrid təmsilçisi ilə cari mövsüm başa çatacaq müqavilənin müddətini yeniləmək barədə danışıqlar aparmayan Pepenin göndərilən təkliflərdən birini müsbət cavablandıra biləcəyi iddia edilir.


Qeyd edək ki, Pepe bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub.


Xəbər xətti