FİFA futbolçulara hakimlərlə ünsiyyəti qadağan edəcək

15:30 26 Dekabr 2016

Futbolda önümüzdəki dönəmdə önəmli bir dəyişikliyə gediləcəyi ortaya çıxıb.
 

FIFA bundan sonra yalnız komanda kapitanlarının hakimlə danışa bilməsinə icazə verəcək bir tətbiq üzərində çalışır. Qurumda texniki inkişafa cavabdehlik daşıyan əfsanəvi hollandiyalı futbolçu Marko Van Basten futbolçularla hakim arasındakı dialoqu nizamlayan bir çalışma içində olduqlarını açıqlayıb. 

 
Hakimə etiraz mövzusu üzərində düşünüldüyünü və buna nizam gətiriləcəyini vurğulayan Van Basten "Matç ərzində etiraz edən çox futbolçu olur. Futbolçuların daha yaxşı davranış içərisində olmasını saxlmağa çalışacağıq. Digər idman növlərindən götürəcəyimiz bəzi şeylər ola bilər. Bununla üzləşməliyik". 
 

Qısası, reqbidə təkcə kapitanın hakimlə danışmasına icazə verən qaydanın futbola da gətiriləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti