"Qarabağ"ın Antalyada qarşılaşacağı komandaların adları müəyyənləşdi

18:12 26 Dekabr 2016

Ölkə kubokunun ¼ final mərhələsində “Sumqayıt”la oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın təlim-məşq toplanışının vaxtı müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, komanda Premyer Liqanın III dövrənin hazırlıqlarına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ”  “IC Santaı” otelində məskunlaşacaq. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.


Komandanın yoxlama oyunlarının proqramı belədir:
 

15 yanvar 2017
 

17:00. “Qarabağ” – “Aşqabad” (Türkmənistan)
 

18 yanvar 2017
 

18:00. “Qarabağ” – “Styaua” (Buxarest)
 

22 yanvar 2017
 

15:30. “Qarabağ” – “Atırau” (Qazaxıstan)
 

17:30. “Qarabağ” – “Termalitse” (Polşa)


Xəbər xətti