"Qarabağ"ın futbolçusu "Neftçi"də

21:30 26 Dekabr 2016

"Qarabağ" Namiq Ələsgərovla yollarını ayırıb.


Sportarena.az xəbər verir ki, Ağdam klubu futbolçu ilə qarşılıqlı anlaşmayla yollarını ayırıb. Ələsgərova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edilib.


Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl futbol11.az saytına açıqlamasında futbolçunun "Neftçi"də oynamaq istədiyi üçün müqaviləni ləğv etmək istədiyini bildirib:
"Namiq Ələsgərov artıq bizim futbolçu deyil. Bildiyiniz ki, bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Amma müraciət etdi və karyerasını "Neftçi"də davam etdirmək istədiyini dedi. Biz də öz növbəmizdə Namiqə azad agent statusu verdik. Ancaq "Neftçi" ilə hansı şərtlərlə müqavilə imzalamasından xəbərdar deyiləm".


Digər xəbərlər

Xəbər xətti