Filip Ozobiç: "Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur"

11:16 27 Dekabr 2016

"Qəbələ" klubunun futbolçusu Filip Ozobiç yerli mətbuata açıqlamasında Xorvatiya millisinə dəvəti haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində ölkə çempionatı və Avropa Liqasının qrup mərhələsində çıxış etdikdən sonra ilk dəfə yığmaya dəvət alan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən danışıb: "Düşünürəm ki, bu bizim hamımız üçün yaxşı imkandır. Yığmanın heyətinə cəlb olunmuşuq və özümüzü sübut etməliyik. Millinin heyətinə çağırılmışıqsa, deməli buna layiqik. Burada qorxulu heç nə yoxdur. Fikrimcə, Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur. Hətta eşitmişəm ki, ölkə başçısı uğurları münasibətilə onu təbrik edib".


Ozobiç Azərbaycan paytaxtının möhtəşəm şəhər olduğunu deyib: "Bakı möhtəşəm şəhərdir. Yeni Dubay adlandırmaq olar. Onlar futbola sərmayə qoyurlar. Ola bilər ki, stadionlarda kifayət qədər azarkeş olmasın, amma zamanla tribunalarda azarkeşlərin sayı artacaq".


Digər xəbərlər

Xəbər xətti