Ben Arfa "Fənərbaxça"da

14:22 27 Dekabr 2016

İstanbulun “Fənərbaxça” futbol komandası heyətini gücləndirir.


Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı Hatem Ben Arfanı icarəyə götürür. Tərəflər artıq razılığa gəlib və yaxın müddətdə keçidi rəsmi şəkildə elan edəcəklər. Məlumata görə, futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanacaq.


Qeyd edək ki, futbolçu cari mövsüm PSJ-yə keçsə də, çox nadir hallarda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti