Vaqif Cavadov "Sumqayıt"dan rəsmən ayrıldı

15:35 27 Dekabr 2016

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırıb.
 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı sportal.az-a açıqlamasında klubun meneceri Ceyhun Sultanov verib. 

 
Cavadovun performansı baş məşqçi Samir Abasovu razı salmadığı üçün mütəxəssis futbolçunun göndərilməsini rəhbərlikdən tələb edib.


Qeyd edək ki, Vaqif Cavadov yanvar ayından "Sumqayıt"da çıxış edirdi. O, bu mövsüm 3 qola imza atmışdı.


Xəbər xətti