UEFA-dan "Xəzər Lənkəran"a 120 min avro

16:58 27 Dekabr 2016

UEFA tərəfindən “Xəzər Lənkəran” üçün ayrılan məbləğ klubun hesabına köçürülüb.

 
Sportarena.az xəbər verir ki, üzvləri milli komandalarda çıxış edən cənublular 120 min 583,68 avro qazanıb.
 

Yığmalarda çıxış edən futbolçulara görə klublara ödənilməsi üçün vəsait xeyli əvvəl AFFA-nın hesabına köçürülmüşdü. Lakin UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və burada “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu əksini tapmışdı.

 
Artıq UEFA sorğunu cavablandırıb. AÇ-2016-nın seçmə mərhələsində “Xəzər Lənkəran”a məxsus futbolçuların millidə çıxışına görə ayrılan məbləğ UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 

Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.
 

Qeyd edək ki, bir neçə gün öncə uşaq futbolu ilə bağlı 51 min 104 avro da klubun hesabına köçürülmüşdü.


Digər xəbərlər

Xəbər xətti