Almaniya klubunda yeni baş məşqçi

10:32 28 Dekabr 2016

Almaniya Bundesliqasında çıxış edən "Darmştadt" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, baş məşqçi Norbert Meyerin istefaya göndərilməsindən boş qalmış posta Torsten Frings təyin edilib. Onunla 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.


Qeyd edək ki, "Darmştadt" çempionatda ard-arda 6 məğlubiyyətdən sonra baş məşqçisi Norbert Meyeri istefaya göndərmişdi.


Digər xəbərlər

Xəbər xətti