Azərbaycandan təklif alan monteneqrolu futbolçu: "İnkişaf edə biləcəyim yerə getməliyəm"

12:21 28 Dekabr 2016

“Vardar” klubunun və Monteneqro milli komandasının müdafiəçisi Nemanya Miyuşkoviç karyerasını ölkəmizdə davam etdirə bilər.
 

24 yaşlı futbolçu klubundakı durumundan narazıdır. O, az forma şansı qazandığı üçün komandanın rəhbərliyindən müqavilənin xitam edilməsini istəyib:
 
“Rəhbərlikdən müqavilənin xitam verilməsini istədim. Az oynamağım, bəzi hadisələr və məşqçi ilə olan problemim məni bunu etməyə vadar etdi. Fikrimcə, düzgün addım atmışam”.
 

Miyuşkoviç təkliflərdən də danışıb:
 
“Azərbaycan, Özbəkistan və  Belarus klublarından təklif almışam. Mənim 24 yaşım var və düşünürəm ki, bu yaşımda həmin ölkərə üz tutmağı tez olar. Ağıllı addım atmalı və inkişaf edə biləcəyim yerə getməliyəm. Yaxın günlərdə doğru seçim edəcəm. Yeni ilin ilk həftəsində komandamın adına aydınlıq gələcək”.
 

Bu ildən milli komandaya dəvət alan futbolçu Montneqro millisinin baş məşqçisi Lyubişa Tumbakoviçə təşəkkür edib:
 

“Tumbakoviç mənə çox kömək olub. Buna görə ona təşəkkür edirəm. “Vardar”da az-az oynasam da, məni yığmaya dəvət etdi. O, mənə inandığını və yığmanın qapılarının üzümə açıq olduğunu söylədi. Milli komandada yerimi itirmək istəmirəm”.
 

Qeyd edək ki, Nemanya Miyuşkoviç 2015-ci ildən “Vardar”da çıxış edir.


Xəbər xətti