Reynaldo "Qarabağ"da qalacaq

14:52 28 Dekabr 2016

Son günlər "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Ağdam klubundan ayrılıb "Neftçi"yə keçəcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Məlumata görə, futbolçuya Çin və ərəb ölkələrinin klublarından da təkliflər var.


Sportarena.az xəbər verir ki, bununla  bağlı "CBC Sport"a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Reyanldonun "Qarabağ"la 2018-ci ilədək müqaviləsi var və braziliyalının klubdan ayrılması gündəmdə deyil.


Digər xəbərlər

Xəbər xətti