"Globe Soccer Awards" mükafatının qalibləri açıqlandı

15:18 28 Dekabr 2016

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) "Globe Soccer Awards" mükafatının qaliblərinin adlarını açıqlayıb.


Sportarena.az xəbər verir ki, "Real" klubunun forvardı Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. Ən yaxşı klub "Real", ən yaxşı prezident isə Florentino Peres seçilib.


Ən yaxşı məşqçi adına Fernando Santuş layiq görülüb. Mark Kltaenburqa ilin hakimi olub. Samuel Eto’О isə karyerada uğurlarına görə mükafatla təltif edilib.


"Antalyaspor"un kamerunlu ulduz hücumçusu Samuel Eto'o isə karyerası ərzində qazanılan uğurlara görə mükafatlandırılıb.

 
"Roma"nın yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı ərəb futbolçu seçilib.


Digər xəbərlər

Xəbər xətti