Sneyder Çin klubuna "yox" dedi

16:20 28 Dekabr 2016

"Qalatasaray" hollandiyalı futbolçusu Sneyderə Çindən təklif gəlib.


Sportarena.az xəbər verir ki, Çin klubundan holland futbolçu üçün 3 illik təklif gəlib. Klubun təcrübəli futbolçu üçün 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğu bildirilir. 32 yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib:
"Qalatasaray" artıq mənim üçün özəl bir klubdu. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm. Bunu pozmağa niyyətim yoxdu".


Digər xəbərlər

Xəbər xətti