Qurban Qurbanov: "Reynaldo ilə bağlı danışıq aparmağa hazırıq"

21:04 28 Dekabr 2016

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçuları Reynaldo və Riçard Almeyda ilə bağlı açıqlama verib.


Sportarena.az xəbər verir ki, o, qol.az-a müsahibəsində Reynaldonu istəyən klub olsa, danışıq aparmağa hazır olduqlarını deyib:

“Biz heç vaxt hər hansı bir futbolçumuzun başqa kluba keçməsinə mane olmamışıq. Reynaldo ilə təkcə bu il yox, hər il danışıq aparan klublar olur. Biz ən azından bəzi futbol ölkələri, bəzi klublarla iş birliyimizi möhkəmləndirmək üçün Reynaldo ilə bağlı danışıq aparmağa hazırıq. Ancaq onunla bağlı hələlik heç bir klub bizimlə danışıq aparmır".


Q.Qurbanov komandanın digər braziliyalı futbolçusu Almeydaya hər hansı klubdan təklif gəlmədiyini deyib:


"Almeydaya hər hansı bir təklif olanda hörmət əlaməti olaraq ilk növbədə mənə deyir".


Xəbər xətti