Ronaldo, Santuş, "Real" və Peres ən yaxşı seçildilər

22:45 28 Dekabr 2016

Avropa klublar assosasiyası  (ECA) və Avropa futbol agentləri assosasiyası (EFAA) sona çatan il üçün  "Globe Soccer Awards"ın laureatlarını müəyyənləşdiriblər.

"Real"ın forvardı Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. Ən yaxşı klub "Real" , ən yaxşı prezident isə Florentino Peres seçilib.

Ən yaxşı məşqçi adına Fernando Santuş layiq görülüb. Mark Kltaenburqa ilin hakimi adı verilib. Samuel Eto’О isə karyerada uğurlarına görə mükafatla təltif edilib.

"Roma"nın yarımmüdafiəçisi Məhəmməd Salax 2016-cı ildə ən güclü ərəb futbolçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti