Klopp Qvardiolanı lağa qoydu: "Ola bilər gözəl futbol izləmək istəyib"

22:18 28 Dekabr 2016

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Stok Siti” ilə oyundan sonra mətbuat konfransı keçirib. Alman mütəxəssis bunları deyib:

“Mançester Sitiyə böyük hörmətim var. Ancaq indiyə kimi onların heç bir oyununa “Etihad”da tribunadan baxmamışam. Qvardiolanın bizim oyunumuzu stadiondan izləməsinin səbəbi ola bilər onun gözəl futbol izləmək istəməyi olub.

“Mançester Siti”ylə oyunu gözləyirik. Bu, hər 2 komanda üçün çətin oyundur. Bizim üçün yaxşı xəbər odur ki, oyun bizim stadionda baş tutacaq”.


Xəbər xətti