Tevez Ronaldonu geridə qoydu

11:55 29 Dekabr 2016

Argentina millisinin üzvü Karlos Teves Çinin "Şanxay Şenxua" klubu ilə müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, 32 yaşlı hücumçu yeni komandasında həftəsinə 615 min avro qazanacaq.


O, bu göstərici ilə həftəsinə 365 min avro alan İspaniyanın "Real" klubunun üzvü Kriştiano Ronaldonu geridə qoyub. Bununla da Tevez dünyanın ən çox məvacib alan futbolçusu olub.


Xəbər xətti